EKQ

Exokardioqrafiya ultrasəs dalğaları vasitəsilə ürəyin görüntülənməsidir. Exo-invaziv olmayan bir metoddur və bu dalğaların insana heç bir ziyanı yoxdur. Exo-vasitəsilə ürəyin hərəkətli görüntüsü əldə edilir. Süni ürək qapaqlarının kontrolu zamanı, eləcədə transtorakal exo yetərsiz olduğunda və ürək daxili trombların diaqnostikasında Transezofagial exokardioqrafiya (TEE) tətbiq edilir. EXO vasitəsilə aşağıdakı vəziyyətlər qiymətləndirilir.

  • Ürəyin qapaq xəstəliklərinin ilkin müşahidəsi
  • Qan təzyiqinin ürəyə təsirinin müəyyənləşdirilməsi
  • Ürəkdən çıxan böyük damarların funksional incələnməsi
  • Bir çox xəstəliklərdə ürəyin vəziyyətinin qiymətləndirilməsi
  • Anadangəlmə ürək xəstəliklərinin diaqnostikası
  • Bəzi dərmanların ürəyə təsirini təqib etmək məqsədilə
  • Trombembolik vəziyyətlərdə
Scroll to Top