Maqnitoterapiya

Maqnitoterapiya, maqnit sahəsinin insan bədəni üzərindəki terapevtik təsirinə əsaslanan qeyri-invaziv fiziki reabilitasiya metodudur. Geniş istifadə spektrı olan bu terapiya, xüsusi aplikatorlar vasitəsilə bədənin istənilən nahiyəsinə tətbiq olunur. Bununla yanaşı solenoid sistemi ilə ümumi bədən üzərində tətbiq oluna bilər.

Maqnitoterapiya digər müalicə üsulları ilə müqayisədə bir çox üstünlüklərə malikdir: ağrısızdır, kifayət qədər geniş göstəriş siyahısına malikdir, yaşlı insanlar və zəifləmiş xəstələr tərəfindən yaxşı qarşılanır. Maqnitoterapiya, bir qayda olaraq, sinir sistemini sakitləşdirir, yuxunu yaxşılaşdırır.

Maqnit sahəsi immunokorrektor kimi immunitet sisteminə də müsbət təsir göstərir.
Ürək-damar sistemində arteriya damarlarının tonunda azalma, qan laxtalanma qabiliyyətinin azalması müşahidə olunur. Həzm sistemində safra əmələ gəlməsi, qaraciyərin, mədəaltı vəzin mikrosirkulyasiyası funksiyası yaxşılaşır. Tənəffüs sistemində tıxanma azalır və xarici tənəffüs funksiyası yaxşılaşır.

Scroll to Top